Ana Sayfa > Xəbər > Çayxanada həmkəndlisini qayçılayıb - Öldürdü

Çayxanada həmkəndlisini qayçılayıb - Öldürdü


21-09-2015, 15:05. Yazar: admin
Çayxanada həmkəndlisini qayçılayıb - Öldürdü
Dünən Beyləqan rayonunda qətl hadisəsi baş verib. DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə sentyabrın 19-da Beyləqan rayonunun Örənqala kəndində qeydə alınıb.

Çayxanada kənd sakini Elçin Qarayev münaqişə zəminində həmkəndlisi Şəmistan Qəhrəmanova qayçı ilə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Ş.Qəhrəmanov orada ölüb.

Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qarayev tutulub.

Geri dön