Ana Sayfa > Xəbər > ABŞ-da müsəlman prezident ola bilməz
ABŞ-da müsəlman prezident ola bilməz21-09-2015, 11:38. Yazar: admin |
![]() “Mən istəməzdim ki, biz bu ölkədə hakimiyyətə müsəlmanı gətirək. Mən belə bir şeylə qətiyyən razılaşmazdım”. Bunu NBC-nin “Meet The Press” proqramına açıqlamasında ABŞ prezidentliyinə namizəd Ben Karson deyib. Hazırda ixtisası üzrə çalışmayan keçmiş neyrocərrah ictimai rəy sorğularında irəlidədir. Ben Karsonun bu bəyanatından əvvəl respublikaçı namizədlər arasında lider Donald Tramp “Barak Obama müsəlmandır” deyən bir tərəfdarının səhvini düzəltdmədiyinə görə kəskin tənqid olunurdu. Lakin Tramp tənqidlərə cavab olaraq deyib ki, o, Obamanın müvəkkili deyil. Ötən bazar günü milyarder Trampın ən güclü rəqibi Karson “müsəlmanlar prezidentlik üçün yararlı deyillər” deməklə xəbər başlıqlarına çıxıb. O deyib ki, prezidentin dini ABŞ konstitusiyasına uyarlı olmalıdır. Prezident Obama xristian olduğunu dəfələrlə qeyd edib. Lakin Donald Tramp onun bəyanatlarını ən çox şübhə altına alan opponentlərindən biri olub. Tramp 2011-ci ildə Obamanın əslində Keniyada doğulduğunu iddia etmiş, onun doğum şəhadətnaməsinin açıqlanmasını istəmişdi. O vaxt Barak Obama doğum şəhadətnaməsini açıqlamışdı. NBC müsahibəsi zamanı prezident Obamanın xristian olduğuna və Keniyada doğulmadığına inanıb-inanmadığı barədə suala Ben Karson bunlara şübhə etmək üçün əsasının olmadığını söyləyib. Amerikada keçirilən ən son rəy sorğularına görə, Ben Karson respublikaçı namizədlər arasında ikinci yerdən üçüncü yerə sürüşüb. Hazırda ikincilik Hevlett-Pakard kompüter şirkətinin keçmiş rəhbəri xanım Kerli Fiorinadadır. Digər namizədlər Fiorinanı Hevlett-Pakardın başçısı olarkən sanksiyaları pozmaqda və İranla alış-verişdə ittiham edirlər. Donald Tramp namizəd Ceb Buşun immiqrasiya siyasətinin yumşaqlığını onun həyat yoldaşının əslən meksikalı olması ilə izah edib. Keçmiş prezidentin qardaşı Trampdan xanımı qarşısında üzr istəməsini tələb edib. Lakin Donald Tramp özünün dediyi kimi, qadınlardan və ya qadınlara görə heç vaxt üzr istəmir. Geri dön |