Ana Sayfa > Xəbər > Seçiciləri Fəzail İbrahimliyə səs verməyəcək – ETİRAZ
Seçiciləri Fəzail İbrahimliyə səs verməyəcək – ETİRAZ21-09-2015, 11:13. Yazar: admin |
![]() Deputat Fəzail İbrahimlinin namizədliyinə etirazlar var. TİA.AZ-a Cəlilabaddan yazan bir qrup seçici onun növbəti dəfə parlament seçkilərində iştirakını arzulamır. Seçicilərin sözlərinə görə, geridə qalan 10 il ərzində VHP-li millət vəkili onların problemləri ilə maraqlanmayıb. Seçkidən-seçkiyə üzünü gördüklərini deyən seçicilər F.İbrahimliyə səs verilməyəcəyini qeyd ediblər. Onların dediyinə görə, bu ilki seçkilərdə YAP namizədinin şansları yüksək görünür. Cəlilabad rayon 69 saylı Göytəpə şəhər ərazi üzrə 10 ildir deputat olan F.İbrahimli parlamentdə tarixi-elmi çıxışları ilə yadda qalıb. Onun sosial layihələr, əhalinin problemlərini həll edən təşəbbüslərlə çıxış etməsini xatırlayan yoxdur. Eyni zamanda seçicilərini ə narahat edən məsələləri Milli Məclisdə qaldırmayıb. F.İbrahimli müxalif təşkilat sayılan VHP-dən deputat olub. Amma parlamentari tribunada hər hansı problemə dair tənqidi çıxışı ilə diqqət çəkməyib. Cəlilabaddan TİA.AZ-a yazırlar ki, deputat seçiciləri yola verməklə məşğuldur. Seçki kampaniyası zamanı seçicilərlə tez-tez görüşəcəyini, yollar saldıracağını, Göytəpə şəhərinin təbii qaz problemini qısa zamanda aradan qaldıracağını və yeni məktəb, səhiyyə binası tikdirəcəyini söz verən deputat 5 ildir vədinə əməl etmir. Fəzail İbrahimli 2015-ci il parlament seçkilərinə yenidən 69 saylı Seçki Dairəsi üzrə namizədliyini irəli sürərsə, onun səs alacağı imkanları üfüqdə görünür. Bir qrup rayon sakinlərinin sözlərinə görə, Fəzail İbrahimliyə səs veriblər. Lakin millət vəkili seçildikdən sonra heç onun üzünü bu günə qədər görmək nəsib olmayıb. Hətta bir çoxu Fəzail İbrahimli adda millət vəkili olduğundan bixəbərdir. Sakinlər qeyd edirlər ki, onlar əksinə, Cəlilabadın 67 saylı Seçki Dairəsi üzrə millət vəkili Malik Həsənovdan daha çox qayğı görüblər. Baxmayaraq ki, M.Həsənov 69 saylı Seçki Dairəsindən namizəd olmayıb. Seçicilər bildirirlər ki, bu halda belə F.İbrahimlinin yerinə M.Həsənov onların dərdinə şərik olub. Belə ki, M.Həsənov hər il yeni dərs ilinin əvvəlində imkansız ailələrin övladlarını məktəb ləvazimatları və geyimlə təmin edir. Hər il bayramlarda isə Malik Həsənov 67 saylı dairədən fərq qoymayaraq 69 saylı dairədən olan şəhid ailələrinə, Qarabağ əlillərinə, 20 Yanvar əlillərinə, imkansız ailələrə və digərlərinə yardımını əsirgəmir. Hətta müqəddəs Ramazan və Qurban bayramlarında da yüzlərlə ailələrə bayram sovqatı yardım edib. Bu, əsas şərt deyil. Seçicilər bir deputatın seçicilərə olan diqqətini nümunə göstərirlər. Fəzail İbrahimli isə biganə münasibəti ilə seçicilərini itirməkdədir. TİA.AZ bir qrup seçicinin dedikləri ilə bağlı deputatın mövqeyini dərc etməyə hazırdır. Geri dön |