Ana Sayfa > Xəbər > AZTV-də kütləvi ixtisarlar başlayıb

AZTV-də kütləvi ixtisarlar başlayıb


2-04-2015, 09:23. Yazar: admin
AZTV-də kütləvi ixtisarlar başlayıb
AZTV-də kütləvi ixtisarlar başlayıb.

Sivil.az xəbər verir ki, bu barədə qurumun keçmiş əməkdaşı Kamal Almuradlı sosial şəbəkədəki profilində yazıb. O, qeyd edib ki, telekanalda ixtisarlar yeni təyin olunmuş baş proqram direktoru Elsevər Dünyamalıyevin göstərişinə əsasən aparılır:

"Elsevər Dünyamalıyev göstəriş verib ki hər redaksiyanın işçilərinin əlli faizi ixtisar olunsun, həmçinin yerdə qalan işçilərin maaşlarından 50-80 manat arası pul tutulsun.Ortaya sual çıxır,bəs yaxşı, bu işçilər lazım deyildisə, nəyə görə işə götürülüb.Əgər lazımdırsa niyə işdən çıxarılır?"

Məsələ ilə bağlı AZTV-nin də mövqeyini dərc etməyə hazırıq.

Geri dön