Ana Sayfa > Xəbər > 70-ildən sonra ilk: Yaponlar xaricdə döyüşə biləcək
70-ildən sonra ilk: Yaponlar xaricdə döyüşə biləcək17-09-2015, 15:59. Yazar: admin |
Yaponiya parlamentində dava düşüb. AzVision.az xəbər verir ki, buna səbəb parlamentin xüsusi komtəsinin milli özünümüdafiə qüvvələrinin səlahiyyətlərini artıran qanunu qəbul etməsidir. Qanun qəbul edilən zaman buna qarşı olan deputatlar sədrin üstünə hücum çəkib. Nəticədə deputatlar arasında dava düşüb. Qeyd edək ki, qanunvericilik sənədinin müzakirəsi müxalifət tərəfindən böyük narazılığa səbəb olub. Müxalifətçilər fəal şəkildə sənədin əleyhinə çıxıb. İkinci Dünya müharibəsi qurtardıqdan sonra müdafiə sahəsində qanunvericiliyə edilən dəyişikliklər paketi ilk dəfə olaraq yapon hərbi qulluqçularına dost ölkələrin müdafiəsi naminə döyüş əməliyyatlarında iştirak etmək hüququ verir. Qanun həmçinin Yaponiya qoşunlarının BMT qüvvələrinin tərkibində xaricdəki əməliyyatlarda iştirakına qoyulan bir sıra məhdudiyyəti aradan qaldırır. Bundan əlavə, yeni qanuna əsasən, özünümüdafiə qüvvələri təkcə ABŞ-a deyil, həm də digər dost ölkələrin qoşunlarına logistik dəstək göstərə bilər. Geri dön |