Ana Sayfa > Xəbər > ABŞ səfiri bu dəfə Sabir Rüstəmxanlı ilə görüşdü

ABŞ səfiri bu dəfə Sabir Rüstəmxanlı ilə görüşdü


17-09-2015, 14:52. Yazar: admin
ABŞ səfiri bu dəfə Sabir Rüstəmxanlı ilə görüşdü
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Qərargahında partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı ABŞ-ın Azərbaycandakı səfiri Robert Frenses Sekutanı qəbul edib.

Lent.az-ın verdiyi məlumata görə, görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, Qarabağ münaqişəsi, noyabr ayında keçiriləcək parlament seçkiləri, insan haqları və Azərbaycan-ABŞ münasibətləri müzakirə edilib.

Eyni zamanda səfirə VHP-nin fəaliyyəti və seçkilərə qatılması, seçki hazırlığı barədə məlumat verilib.

Xatırladaq ki, bundan əvvəl ABŞ səfiri digər partiya rəhbərləri ilə də görüşüb.

Geri dön