Ana Sayfa > Xəbər > Sumqayıtda qəzaya uğrayan mikroavtobus "Embawood" şirkətinə məxsusdur
Sumqayıtda qəzaya uğrayan mikroavtobus "Embawood" şirkətinə məxsusdur17-09-2015, 11:36. Yazar: admin |
Bu gün Bakı-Sumqayıt yolunda qəzaya uğrayan mikroavtobus qanunsuz sərnişindaşıma ilə məşğul olub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb. Məlumata görə, mikroavtobus "Embawood" şirkətinə məxsusdur: "Qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan bu tipli avtomobillər heç bir standartlara cavab vermir, avtomobillərin texniki vəziyyəti, sərnişindaşımaya uyğunluğu barədə heç bir sertifikatı da yoxdur". Qeyd edək ki, hadisə nəticəsində 3 nəfər ölüb, 9-u isə ağır yaralanıb. Geri dön |