Ana Sayfa > Xəbər > Azərbaycan nefti 51 dollaradək bahalaşıb

Azərbaycan nefti 51 dollaradək bahalaşıb


17-09-2015, 10:41. Yazar: admin
Azərbaycan nefti 51 dollaradək bahalaşıb
Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,8 dollar yaxud 5,84% artıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,75 dollara yüksəlib.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Geri dön