Ana Sayfa > Xəbər > Tacikistanda qiyamçı general öldürüldü

Tacikistanda qiyamçı general öldürüldü


16-09-2015, 18:26. Yazar: admin
Tacikistanda qiyamçı general öldürüldü
Mərkəzi hakimiyyətə qarşı qiyam qaldıran Tacikistanın keçmiş müdafiə nazirinin müavini Əbuhəlim Nazarzoda öldürülüb. Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, hadisə sentyabrın 15-də Ramit dərəsində baş verib.

General və onun müavini polkovnik Cunaydullo Umarov “Alfa” xüsusi təyinatlıları tərəfindən güllələniblər. Qiyamçıların liderləri üzərlərində olan “Makarov” tipli tapançadan istifadə etməyə macal tapmayıblar.

Ümumilikdə, Ramit dərəsində keçirilən əməliyyat zamanı 30 qiyamçı öldürülüb, 100 nəfər isə həbs olunub. Hakimiyyət qüvvələri isə 4 hərbi qulluqçusunu itirib.

Geri dön