Ana Sayfa > Xəbər > Qurban bayramında əfv sərəncamı imzalanmayacaq - AÇIQLAMA

Qurban bayramında əfv sərəncamı imzalanmayacaq - AÇIQLAMA


16-09-2015, 16:34. Yazar: admin
Qurban bayramında əfv sərəncamı imzalanmayacaq - AÇIQLAMA
Dövlət Müstəqilliyi günü və Ramazan bayramında əfv sərəncamının imzalanacağına böyük ümidlər olsa da, bu, baş vermədi. Növbəti əfv sərəncamının Qurban bayramı ərəfəsində imzalanacağı ehtimal edilir.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az saytına deyib ki, onlar tərəfindən əfvlə bağlı işlər yekunlaşıb: “Biz işlərimizi yekunlaşdırmışıq. Bütün siyahını Prezident yanında Əfv məsələləri komissiyasına təqdim etmişik. Qurban bayramında əfv ola bilər. Bu, prezidentin səlahiyyətində olan məsələdir”.
Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, xalq şairi Zəlimxan Yaqub isə deyib ki, Qurban bayramında əfv olmayacaq.

Geri dön