Ana Sayfa > Xəbər > “Məni bu gün heç kim aldada bilməz, çünki...”

“Məni bu gün heç kim aldada bilməz, çünki...”


1-04-2015, 17:43. Yazar: admin
“Məni bu gün heç kim aldada bilməz, çünki...”
“Məni 1 aprel günü heç kim aldada bilməz. Çünki bu gün mənim doğum günümdür”.

Bu sözləri Axar.az-a açıqlamasında Aqil Abbas deyib. O, 1 aprel Gülüş gününün həm də ad günü olduğunu, buna görə də həmin gün onu heç kimin aldada bilməyəcəyini deyib:
“Məni aprelin 1-i aldatmağa çalışırlar. Ancaq heç vaxt buna nail ola bilmirlər. Çünki 1 aprel ad günümdür və həmin gün əvvəlcədən ehtiyatlı davranıram. Amma mən gəncliyimdə dostlarımı 1 apreldə çox aldatmışam. Onları restorana dəvət etmişəm ki, gəlin sizə qonaqlıq verim. Düzdür, birinci onları aldatdığımı desəm də, həmişə sonda söz verdiyim qonaqlığı vermişəm”.

Geri dön