Ana Sayfa > Xəbər > Vasif Talıbov fərman verdi, dövlət qurumu ləğv olundu

Vasif Talıbov fərman verdi, dövlət qurumu ləğv olundu


1-04-2015, 17:05. Yazar: admin
Vasif Talıbov fərman verdi, dövlət qurumu ləğv olundu
Azərbaycanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra eyni adlı qurum Naxçıvan Muxtar Respublikasında saxlanılsa da, bu gün Ali Məclisin sədrinin fərmanı ilə ləğv olunub.

Vertikal.az Fins.az-a istinadən xəbər verir ki, ləğvetmə ilə bağlı bu gün Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb. Fərmana əsasən, ləğv edilmiş yerli komitənin səlahiyyətləri Naxçıvan MR-nın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib.

Geri dön