Ana Sayfa > Xəbər > Bakıda “İmperial-AS” MTK-dan şikayət var

Bakıda “İmperial-AS” MTK-dan şikayət var


1-04-2015, 17:02. Yazar: admin
Bakıda “İmperial-AS” MTK-dan şikayət var
Bakıda “İmperial-AS” MTK-dan şikayət var.

Tia.az xəbər verir ki, şirkət istehlakçıların hüquqlarını pozur. Şirkətin rəhbəri Əbülfət Bayramov mənzil sahiblərindən əlavə pul tələb edir. Şirkət rəhbəri mənzil sahiblərinə bildirib ki, dolların məzənnəsi qalxandan bəri ölkədə tikinti materiallarının qiymətində artım müşahidə edilir. Ona görə də mənzil alan vətəndaşlar əlavə pul ödəməlidirlər.
Binada mənzili olan istehlakçılar isə buna etiraz edirlər. Qeyd edək ki, dolların məzənnəsi qalxandan sonra prezident İlham Əliyev ölkədə baş verən süni qiymət artımı hallarından danışıb. Prezident bildirdi ki, qiymətləri süni şəkildə qaldırmağa cəhd edən şəxslər barəsində çox ciddi təbirlər görüləcək.

Geri dön