Ana Sayfa > Xəbər > Məşhurların övladları birinci sinfə getdilər

Məşhurların övladları birinci sinfə getdilər


15-09-2015, 10:59. Yazar: admin
Məşhurların övladları birinci sinfə getdilər
Bu gün ölkəmizdə Bilik Günüdür.

Vertikal.az axşam.az-a istinadən xəbər verir ki, sənət aləminin bəzi simaları da övladlarını birinci sinfə yola salırlar.

Müğənni Rəqsanə İsmayılova qızı Yağmurla bağlı təəssüratlarını bölüşüb:

"Mənim gözəlim, Yağmurum 1-ci sinfə gedir. Bütün balaları təbrik edirəm, uğurlar arzulayıram. Uşaqlığım yadıma düşdü. Mənim gözəl balam, Allah səni bütün arzularına çatdırsın. İlk Bilik Gününü təbrik edirəm".

Müğənni Röya Ayxanın oğlu Hüseyn də bu gün birinci sinfə yollanıb.

Müğənni Elnarə Xəlilova oğlu Harunu birinci sinfə yola salır:

"Mənim ümidim, köməyim oğul. Arxam, dayağım, dirəyim oğul. Səni birinci sinfə getməyin münasibətilə ürəkdən təbrik edirəm. O gün olsun, ali məktəbə gedəsən".

Müğənni Miri Yusifin oğlu Mir Hüseyn də bu gün birinci sinfə gedənlər arasındadır.

Geri dön