Ana Sayfa > Xəbər > Dubay şeyxlərinin Bakı səfərləri intensivləşir

Dubay şeyxlərinin Bakı səfərləri intensivləşir


1-04-2015, 15:32. Yazar: admin
Dubay şeyxlərinin Bakı səfərləri intensivləşir
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, Dubay Əmirliyinin hakimi Seyx Muhammed Bin Rəşid əl-Maktumun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

Bu barədə APA-ya Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfər zamanı Seyx Muhammed Bin Rəşid əl-Maktumu kabinet işləri, iqtisadiyyat, xarici işlər üzrə dövlət naziri və digər yüksək rütbəli şəxslər müşayiət edəcək. İki günlük səfər çərçivəsində Azərbaycanda dövlət başçısı və digər rəsmi şəxslərlə görüşlər gözlənilir.

Virtualaz.org xatırladır ki, Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri, 18 milyard dollar məbləğində sərvətə malik Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşidin hələ də Azərbaycandadır.

O, Bakının gəzməli-görməli yerləri ilə tanışlıqdan sonra əshabələri ilə birlikdə ov etmək üçün martın 24-də Hacıqabul rayonunun Qarasu kəndinə gedib və şahzadənin ov əyləncəsi indiyədək davam edir.

Geri dön