Ana Sayfa > Xəbər > "Coşqun və Rəfaelə görə konsert vermədim"

"Coşqun və Rəfaelə görə konsert vermədim"


11-09-2015, 16:53. Yazar: admin
"Coşqun və Rəfaelə görə konsert vermədim"
Müğənni İzzət Bağırzadə media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, ifaçı sentyabrın 18-də “Yaşıl Teatr”da baş tutacaq konserti ilə bağlı sualları cavablandırıb:

“Konsertqabağı iki klip çəkdirdik. Duetlərimiz var. Tədbir 2 saat olacaq. Konsert Üzeyir Hacıbəyovun doğum gününə təsadüf etdiyinə görə, repertuarıma dahi bəstəkarımızın da əsərlərini daxil etmişəm. Hava pis olacaq, yağış yağacaq, qar olacaq konserti saxlayacağıq başqa vaxta. Hələ ki, hər şey yaxşı gedir. 7 gün var, bəlkə tufan qopdu?”.

İ.Bağırzadə konserti üçün xərclədiyi pullardan da danışıb:

“Afişalara cəmi 2500 manat vermişəm. O da oğurlanıb. Bunu necə bacarıblar bilmirəm. Çünki onu vurmaq 4 saat vaxt aparır. Reklamı yayan şirkət özü yenisini vurdu. Yalandan deyirlər ki, “İzzət afişalara 20 min manat verib”. Onda gərək Bakıda mənim afişamdan yer olmazdı. Biletlərin çox hissəsi satılıb. İnanıram ki, qalan hissəsi də satılacaq. Təşkilatçılar deyirdi ki, biletləri 80-100 manata sataq. Mən tamaşaçılarımı tanıyıram. Elə olub ki, bir ailədən 11 nəfər konsertimə gəlib. Onları nəzərə alıb, qiymətləri 10-50 manat arası etdim”.

İ.Bağırzadə hər il 8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində konsert vermə ənənəsini pozmasının səbəbini açıqlayıb:

“12 il ardıcıl martın 8-də xanımlar üçün konsert vermişəm. Bəzən bunu Heydər Əliyev Sarayında etmək istəsəm də, alınmadı. Məlum oldu ki, Cosqun və Rəfael mart ayının ilk on gününün icarəsini ödəyir. Bizim müraciət etməyimiz yersizdir. Elə buna görə də 8 mart konsertim təxirə düşdü”.

Geri dön