Ana Sayfa > Xəbər > Tanınmış iş adamı azadlığa buraxıldı

Tanınmış iş adamı azadlığa buraxıldı


11-09-2015, 16:10. Yazar: admin
Tanınmış iş adamı azadlığa buraxıldı
Hələ bir neçə il bundan əvvəl Goranboyda aparılan abadlıq və quruculuq işlərində iştrak etmiş və «Fəqan Xidmət» MMC-nin rəhbəri Fəyyaz Məmmədov və rayon İcra Hakimiyyətinin sifarişi əsasında həbs olunmuş Müqayis Verdiyev bu gün Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Bu barədə JAM.AZ-a Verdiyevin özü məlumat verib.

Müqayis Verdiyev bildirib ki, Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərar ədalətin zəfəridir. Onun sözlərinə görə, məhkəmə ona tam bəraət verib və Gəncə Ağır Cinayətlərə Dair Məhkəmənin çıxardığı hökmü etibarsız hesab edib.

Tanınmış iş adamı mətbuat vasitəsi ilə Heydər Əliyev Fondunun Prezidenti, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili, ölkənin Birinci Xamını Mehriban Əliyevaya müraciət edib. Müraciətdə deyilir: «Çox hörmətli, Mehriban Xanım. Məni Siz əvə Cənab Prezidentimiz İlham Əliyev cənablarına dərin minnətdarlığımı bildirir, verdiyiniz dəstəyə, ailə üzvlərimin ediyi müraciətlərə tez bir zamanda baxaraq, ədalətli qərarın çıxarılmasına yardımçı olduğunuz üçün təşəkkür edirəm.

Çox hörmətli, Mehriban Xanım! Sizin ölkəmiz üçün göstərdiyiniz xidmətlər danılmazdır. Bu gün Azərbaycan mədəniyyəti, incəsənəti və dəyərlərinin dünyada təbliğ olunması, yardımsevərliyiniz cahanda məşhurdur. Çəkdiyiniz əziyyətlər, göstərdiyiniz xidmətlər, etdiyini yardımlar ölkəmizin ayaqda qalması, təbliğ olunması və daha da qüdrətlənməsində əvəzsizdir. Sizin xidmətləriniz danılmazdır və bu yolda Sizə uğurlar arzu edirəm.

Çox hörmətli, Ölkəmizin Birinci Xanımı! Mən iki ildən artıqdır ki, haqsızlıqla üz-üzə qalaraq, mübarizə aparırdım. Haqqımda sifarişli məhkəmə qərarı çıxarılmışdı. Amma istər mənim, istərsə də ailə üzvlərimin Sizə etdiyi müraciətlərdən sonra ədalət bərpa olundu və heç bir günahım olmadığım Azərbaycanın ədalətli məhkəməsi tərəfindən təsdiqləndi. Sizə necə təşəkkür edəcəyimi bilmirəm. Bircə onu bilirəm ki, istər Siz, isətrəs də Cənab Prezidentimizin xidmətindəyəm və hər birinizə can sağlığı, uzun ömür və böyük səadətlər arzu edirəm.

Hörmətli Mehriban Xanım! Mən uzun illərdir Azərbaycanda bizneslə məşğul olmaqla yanaşı, həm də dövlətimiz və dövlətçiliyimizin qorunmasında xidmətləri olan biri olmuşam. Hələ 1993-cü ildə Surət Hüseynov Azərbaycanda hakimiyyət çevirilişi edərək, özünün cinayətkar dəstəsini vəzifə başına gətirmək istədiyi zaman ona qarşı çıxaraq, Ulu Öndərimiz, Ümumimilli Liderimiz Heydər Əliyevin siyasətinə sadiq qalaraq, onun Gəncə şəhərində siyasətini həyata keçirən bütün insanları qorumuşam. Həmin vaxt həyatımı təhlükəyə ataraq, onların təhlükəsizliyini təmin etmişəm. Bu mənim Vətən qarşısında, Dövlətimiz qarşısında, Ulu Öndərimiz qarşısında bilavasitə borcum idi. Və bu gün həmin təhlükə yaranarsa, bütün canımla, qanımla, varlığımla mübarizənin ən önündə olacam.

Mənim kimi dövlətinə sadiq, dövlətçiliyini sevən birinin haqsız yerə həbs olunması ədalətsizlik idi. Lakin Sizin bilavasitə göstərişiniz və dəstəyiniz sayəsində ədalət zəfər çaldı və mən azadlığa çıxdım. Mən həbsdə olarkən tam əmin idim ki, Azərbaycanda demokratik dövlət qurmuş, hüquqi dövlətimizi gücləndirərək, bütün dünyaya nümunə etmiş Ulu Öndərimizin yaratdığı dövlətimiz bu ədalətsizliyi aradan qaldıracaq. Ona görə əmin idim ki, Azərbaycan dövləti əmin əllərdəydi. Və bu gün Ulu Öndərimizin layiqli davamçısı olan, hörmətli Prezidentimiz, hamımızın sevimliyi İlham Əliyev cənabları bütün ədalətsizlikləri aradan qaldıracaq. O cümlədən mənim azadlığa çıxmağıma yardımçı olacaq. Və mən əminliyimdə zərrəcə yanılmadım. Bu işdə Sizin göstərdiyiniz dəstək əvəzolunmaz və danılmazdır. Bir daha Sizə təşəkkürümü bildirir, ən gözəl arzularımı çatdırıram.

Çox hörmətli, Mehriban Xanım! Mən bir daha əminliklə bildirirəm ki, Cənab Prezidentimiz İlham Əliyevin və Sizin sayənizdə Azərbaycan dövləti daha da güclənəcək, daha müasirləşəcək, daha da inkişaf edəcək. Mən əminəm ki, Cənab Prezident və Sizin sayənizdə hər bir ədalətsizlik tezliklə aradan qalxacaq və bütün cinayətkar ünsürlər layiqli cəzalarını alacaqlar. Mən ona da əminəm ki, Cənab Prezidentimiz və Sizin gərgin əməyiniz sayəsində Azərbaycan bütün dünyada ən qüdrətli, ən aparıcı, ən həsəd aparılacaq dövlətə çevirləcək. Necə ki, bu proses artıq çoxdan başlayıb. Bir daha öz adımdan, ailə üzvlərim adından Sizə dərin təşəkkürümü bildirir və can sağlığı arzulayıram.

Allah Azərbaycanımızı bir gün Cənab Prezidentsiz və Sizsiz etməsin! Amin!»

Geri dön