Ana Sayfa > Xəbər > Türkiyəni bu bölgədən vurmaq istəyirdilər – Şok plan ortaya çıxdı

Türkiyəni bu bölgədən vurmaq istəyirdilər – Şok plan ortaya çıxdı


11-09-2015, 13:18. Yazar: admin
Türkiyəni bu bölgədən vurmaq istəyirdilər – Şok plan ortaya çıxdı
Türkiyə ordusunun hücumları nəticəsində Şırnak vilayətinin Cizrə bölgəsinə sıxışdırılan PKK-nın şok planları ortaya çıxıb.

“Milliyet” qəzeti PKK-nın Cizrəni “içəridən azad olunmuş bölgə” etmək niyyəti var: “Eyni plan 2012-ci ildə də var idi. O zaman PKK Şemdinli və Çukurca bölgələrini kənardan göndərilmiş qrupların hesabına azad etmək istəyirdi. Hazırki plan Cizrə üzərindədir. Bölgədə küçəyə çıxmaq qadağasının tətbiq edilməsi, əməliyyatların davam etməsi də bu planı başlamamış məhv etmək məqsədi daşıyır”.

Qəzet yazır ki, PKK Cizrəni özünün silah və hücum laboratoriyasına çevirmək istəyir.

“Həm İraq, həm də Suriya sərhədində yerləşən bu bölgə PKK üçün əhəmiyyətlidir. Terror təşkilatı Türkiyəni bu bölgədən vurmaq niyyətində idi, lakin, dövlət faktiki olaraq bu planın gerçəkləşməsinin qarşısını aldı”, - deyə məqalədə bildirilir.(Publika.az )

Geri dön