Ana Sayfa > Xəbər > Bolqarıstan və Yunanıstan Obamanın icazəsi olmadan bunu etməyəcək

Bolqarıstan və Yunanıstan Obamanın icazəsi olmadan bunu etməyəcək


11-09-2015, 12:23. Yazar: admin
Bolqarıstan və Yunanıstan Obamanın icazəsi olmadan bunu etməyəcək
ABŞ Dövlət Departamentinin məmurları Bolqarıstan və Yunanıstan hakimiyyətindən xahiş ediblər ki, Barak Obama ilə məsləhətləşmədən rus təyyarələrinin Suriyaya buraxmasın.

Avropa.info xəbər verir ki, bu haqda “Bloomberg”in köşə yazarı Coş Roqin Ağ Evdəki mənbələrinə istinadən yazıb.

Roqinin iddiasına görə Ağ Evin məmurları Rusiyanın Suriyada öz hərbi imkanlarını genişləndirməsinə böyük təhlükə mənbəyi kimi baxırlar. Bir tərəfdən İŞİD təhlükəsi, digər tərəfdən Rusiyanın müxalif qruplaşmalara hücum ehtimalı Ağ Evi bu qərarı verməyə sövq edib.

Geri dön