Ana Sayfa > Xəbər > FİFA “Xəzər Lənkəran” haqqında - “200 min dollardan da çoxdur”
FİFA “Xəzər Lənkəran” haqqında - “200 min dollardan da çoxdur”11-09-2015, 12:19. Yazar: admin |
FİFA-nın bolqarıstanlı futbolçu Qalin İvanova görə “Xəzər Lənkəran”ı 200 min dollar cərimələndiyi barədə məlumat vermişdik. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı ali futbol qurumuna göndərdiyimiz sorğu məktubuna da cavab gəlib. FİFA Lənkəran təmsilçisinə həqiqətən belə bir cəza verildiyini təsdiq edib. Lakin ali futbol qurumu bunun cənublular üçün son qərar olmadığını da bildirib: “Həqiqətən FİFA bolqarıstanlı yarımmüdafiəçi Qalin İvanova görə “Xəzər Lənkəran”ı cəzalandırıb. Azərbaycan klubu buna görə futbolçuya 215 min dollar pul ödəməlidir. Lakin bu son deyil. Onlar bizim qərarımızdan İdman Arbitraj Məhkəməsinə(CAS) şikayət edə bilərlər”. Amma onu da bildirək ki, “Xəzər Lənkəran” CAS-a şikayət etmək üçün 57 min dollar pul ödəməlidir. Əgər cənublular apelyasiya məhkəməsinə şikayət etməyəcəksə, sentyabr ayının sonuna qədər Qalin İvanova olan borcunu verməlidir. Əks-təqdirdiə Mübariz Mənsimovun klubunu daha böyük sanksiyalar gözləyir. Geri dön |