Ana Sayfa > Xəbər > Deputatlar Bahar Muradovanın rəhbərliyi ilə AKP-nin qurultayında iştirak edəcək

Deputatlar Bahar Muradovanın rəhbərliyi ilə AKP-nin qurultayında iştirak edəcək


10-09-2015, 17:04. Yazar: admin
Deputatlar Bahar Muradovanın rəhbərliyi ilə AKP-nin qurultayında iştirak edəcək
Milli Məclis Sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının xətti ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti qurultayında iştirak etmək üçün sentyabrın 11-də Ankaraya yola düşəcək.

Milli Məclisin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə nümayəndə heyətinə deputatlardan Məlahət İbrahimqızı və Şəmsəddin Hacıyev daxildirlər.
Səfər çərçivəsində nümayəndə heyətinin Ədalət və İnkişaf Partiyasının rəhbərliyi, Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Naci Bostancı ilə görüşləri və digər tədbirlər də nəzərdə tutulub.

Səfər sentyabrın 13-də başa çatacaq.

Geri dön