Ana Sayfa > Xəbər > “Bu planlar faciə, xaos və radikalizmə gətirib çıxarıb”

“Bu planlar faciə, xaos və radikalizmə gətirib çıxarıb”


10-09-2015, 12:02. Yazar: admin
“Bu planlar faciə, xaos və radikalizmə gətirib çıxarıb”
“İndi beynəlxalq aləmdə elə vəziyyət yaranıb ki, heç bir ölkə özünü təhlükəsizliyini təmin etmiş hesab edə bilməz”. Vertikal.az xəbər verir ki, bunu Prezident Adminstrasiyasının rəhbərinin müavini, Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” səhifəsində yazıb.

Daha sonrakı statusunda o qeyd edib ki, dünya bir qütblü olandan sonra müxtəlif ölkələrə müdaxilə etməklə qanun, sabitlik, inkişaf təmin etmək planlarının heç biri uğurla nəticələnməyib.
“50-dən artıq ölkədə həyata keçirilməsi nəzərdə tutulan bu planların hamısı humanitar faciə, xaos və radikalizmə gətirib çıxarıb. Görünür Hantinqtonun tövsiyyələrinə əməl etmək hələ də əsas vəzifə kimi qalır”.

Geri dön