Ana Sayfa > Xəbər > PKK 3 səhiyyə işçisini girov götürdü...
PKK 3 səhiyyə işçisini girov götürdü...10-09-2015, 11:33. Yazar: admin |
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bingöldə PKK-lılar xəstə xəbəri ilə bölgəyə gedən 112 Təcili Xidmət ambulansında olan 3 səhiyyə işçisini girov götürüb. Sağlamlıq qrupları təxminən bir saat sonra sərbəst buraxılıb. Vətəndaşları silah təhdidi ilə 112 Təcili Servisi zəng elətdirib "Uşağımız atdan düşdü" yaralı xəbəri etdirən PKK-lılar təcili yardımın qarşısını kəsib. PKK-lılar təcili yardım və içində olan təcili tibbi texniki Ş.K., E.D. ilə təcili yardım şoferi M.E.-ni uzun lüləli silah hədəsi ilə girov götürüb. PKK-lılar təxminən 1 saat sonra səhiyyə personalını buraxdıqdan sonra bölgədən qaçıb. PKK-lıların ambulansda olan tibbi vəsaitləri qəsb etdikləri ortaya çıxıb. Sərbəst buraxılan səhiyyə işçilərinin ifadələri alınarkən, tibbi vəsaitlərlə birlikdə qaçan PKK-lıları təsirsiz hala gətirmək üçün əməliyyatlar davam edir. Geri dön |