Ana Sayfa > Xəbər > Çingiz Abdullayev od püskürdü: “Axmaq...”

Çingiz Abdullayev od püskürdü: “Axmaq...”


10-09-2015, 11:23. Yazar: admin
Çingiz Abdullayev od püskürdü: “Axmaq...”
Rəhbər dediyiniz adam orada adi bir işçidir.

Bu sözləri xalq yazıçısı Çingiz Abdullayev onun “PEN-Klub Azərbaycan”ın prezidenti olmaması haqda mətbuatda yayılan xəbərlərlə bağlı Axar.az-a danışarkən deyib:

“Bayaq Rəşad Məcid yayılan bu xəbərlər barədə mənə dedi. Doğrusu, çox təəssüf etdim. PEN-Klubla bizim 25 illik müqaviləmiz var. Axı mən necə bu boyda yalan danışa bilərəm? Yaxşı, mən PEN-Klubun prezidenti deyiləm, yaxşı, xalq yazıçısı da deyiləm... PEN-Klubun Şöbələr və komitələr rəhbəri dediyiniz Pol Fineqan adlı adam orada adi bir işçidir, heç rəhbər-filan deyil. Axmaq-axmaq şeylər yazırlar. Belə olmaz axı. Bəzi təşkilatlar var ki, onlar bizim PEN-in qəti əleyhinədirlər. “PEN-Klub Azərbaycan” Beynəlxalq PEN-Klub təşkilatının filialı deyil. Bizim bu qurumla münasibətlərimiz gərgindir, çünki həmin qurumun bəzi məsələlərdə mövqeyi Azərbaycanın maraqlarına qarşıdır. Qarabağ məsələsinə görə rus PEN-Klubu da bizim əleyhimizədir.

Bəzi şeylər var ki, onu açıqlaya bilmirik. Birincisi, PEN-Klubun olmaması haqda iddialar yalandır. İndi mən məhkəməyə versəm, qeydiyyatı göstərsəm, onda bu yalanı yayanların halı necə olacaq?! Təşkilatın prezidenti mən, vitse-prezidenti isə Natiq Rəsulzadədir. Mərhum Vaqif Səmədoğlu da bu qurumun vitse-prezidenti idi”.

Xatırladaq ki, PEN-Klubun Şöbələr və komitələr rəhbəri Pol Fineqan azərbaycanlı jurnalistin Çingiz Abdullayevlə bağlı göndərdiyi sorğuya cavab olaraq elə bir insanı tanımadığını bildirib.

Geri dön