Ana Sayfa > Xəbər > “Bir şəhid bacısı kimi, bu yanğını...” - Nanə hər kəsi kövrəltdi
“Bir şəhid bacısı kimi, bu yanğını...” - Nanə hər kəsi kövrəltdi9-09-2015, 18:04. Yazar: admin |
Türkiyədə baş verən terror hadisəsi ilə bağlı azərbaycanlı məşhurlar da öz hisslərini bölüşüblər. Moderator.az məlumat verir ki, hadisəyə biganə qalmayanlardan biri də ATV kanalında "Mənə bir az ondan danış" layihəsinin aparıcısı Nanə Ağamalıyeva olub. Sosial şəbəkədə yazdığı statusu ilə hər kəsi kövrəldən aparıcı xanım, Türkiyədə ölən şəhidlərə Allahdan rəhmət diləyib: "Bütün şəhid anaların başı sağ olsun. Dağılsın bu dünya. Bir ananın bütün ümidi övladıdır. Mən ana deyiləm, amma bir şəhid bacısı kimi, bu yanğını bütün qəlbimlə sümüyümə qədər hiss edirəm. Susmaq istəyirəm, ölənə qədər susmaq.. Mənə ikinci Vətən sayılan Türkiyəm, başın sağ olsun. Allah bütün pis və qeyrətsiz insanlara lənət eləsin!. Bütün şəhidlərə Allahdan rəhmət diləyirik! Geri dön |