Ana Sayfa > Xəbər > Erməni jurnalistdən çağırış - "NATO Ərdoğanı devirməlidir"

Erməni jurnalistdən çağırış - "NATO Ərdoğanı devirməlidir"


9-09-2015, 16:46. Yazar: admin
Erməni jurnalistdən çağırış - "NATO Ərdoğanı devirməlidir"
Erməni publisisti Harut Sassuniyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə bağlı NATO-ya nifrət dolu çağırış edib.

Avropa.info ABŞ və Ermənistan tərəfindən şərəf ordeni ilə mükafatlandırılmış Harut Sassuniyanın yazısını təqdim edir:

“Ərdoğan kürdlərin əsrlərdir izi ilə getdiyi müstəqil Kürdüstan xəyalını məhv etmək istəyini məhv etməklə yanaşı, Suriya, İraq və Türkiyədəki kürdlərə də qanlı hücumlar təşkil edir, bununla 1 noyabr parlament seçkilərində Məclisdə siyasi üstünlük qazanmaq arzusundadır. Təəssüf ki, Ərdoğanın kürdlərə hücumu əks reaksiya verdi. Bu hücumlarda həyatını itirən türk əsgərlərinin də ailələrində belə bir fikri formalaşıb ki, Ərdoğan siyasi gücünü artırmağı planlaşdırmışdı.

Ərdoğan qarşımızdakı həftələrdə çarəsiz şəkildə başqa hiylələrə baş vura bilər. Kürdləri bombalamağın ona xalq dəstəyini qazandırdığı görsə, Şərqi Anadoluda hücumların artırılması əmrini verə bilər. Ardınca vətəndaş müharibəsi bəhanəsi ilə fövqəladə vəziyyət elan edəcək, Məclisi ləğv edib, teokratik Osmanlı Sultanı kimi ölkəni dəmir əllə idarə etməyə cəhd edə bilər.

Ərdoğanın yaratdığı yırtıcılar qarşılarına çıxan hər şeyi məhv etmədən ABŞ və onun NATO-dakı müttəfiqləri bu yırtıcını dayandırmaq üçün mümkün olan hər şeyi etmək səlahiyyətinə malikdirlər. Ərdoğan regionda qeyri-stabillik ayardan bir qüvvə olmaqla yanaşı ölkəsindəki türk, kürd və digər vətəndaşlar üçün təhdiddir. Şərqi Anadoluda kürd xalqına tətbiq edilən qorxunc hücumlar və amansızlıq kürdlərin türk rejiminə bundan sonra dözməyərək, müstəqil dövlət istəmələrinin bir sübutudur.

Obama hakimiyyəti Türkiyədə səfir olmuş, 2005-2009-cu illərdə Müdafiə naziri olmuş Erik S.Edelmanın tövsiyələrinə əməl etməlidir. 27 avqust 2015-ci ildə “The New York Times” qəzetinə müsahibəsində Edelman ABŞ hakimiyyətinə “Türkiyənin yüksək səviyyəli konfranslarda iştirakı məhdudlaşdırılmalıdır; Türkiyə ilə kəşfiyyat məlumatlarının paylaşılması azaldılmalıdır və beynəlxalq maliyyə institutlarında ABŞ Türkiyəyə verdiyi dəstəkdən əl çəkməlidir” tövsiyələri vermişdi. Bəli, bütün bu tövsiyələr bir neçə həftə ərzində 1 noyabr seçkisindən əvvəl həyata keçirilməlidir”.

Geri dön