Ana Sayfa > Xəbər > Sumqayıtda gözətçi binanın şaxtasına yıxılaraq ölüb

Sumqayıtda gözətçi binanın şaxtasına yıxılaraq ölüb


9-09-2015, 11:46. Yazar: admin
Sumqayıtda gözətçi binanın şaxtasına yıxılaraq ölüb
Sumqayıtda yeni tikilməkdə olan binanın şaxtasında kişi meyit tapılıb.

Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə “Turan” MTK-nın inşa etdiyi yeni yaşayış binasında qeydə alınıb. Araşdırmalar nəticəsində binanın şaxtasında meyiti aşkarlanan şəxsin elə həmin binada gözətçi işləyən, 1961-ci il təvəllüdlü Yaşar Surxayev olması müəyyən edilib.

İlkin ehtimala görə, Y. Surxayev liftin şaxtasına yıxılaraq aldığı xəsarətdən ölüb.

Geri dön