Ana Sayfa > Xəbər > Krımda tatar televiziyası bağlanır
Krımda tatar televiziyası bağlanır1-04-2015, 12:51. Yazar: admin |
Ukraynanın anneksiya olunmuş Krım yarımadasında Krım tatarlarının dilində olan yeganə televiziya kanalı bağlanır. ATR kanalının rəhbəri Lenur Islyamov martın 31-də jurnalistlərə deyib ki, Rusiyanın media tənzimləyicisi Roskomnadzor ATR-in Rusiya qanunvericiliyinə uyğun qeydiyyatından imtina edib, xeyli texniki səbəb göstərib. Qeydiyyat üçün son tarix isə martın 31-də bitib. Kanal Ukrayna lisenziyası ilə işləyirdi. Islyamov deyib ki, telekanalın Krımı tərk etmək, Ukraynanın başqa bir yerindən yayımlanmaq planı yoxdur. 100-dək Krım tatarı martın 31-də ATR-in ofisinə gəlib, dəstəyini bildirib. Amnesty International tatar dilində yeganə kanalın bağlanmasını azad medianın susdurulması, Krımda tatar icmasının qorxudulması cəhdi kimi dəyərləndirib. Krımda tatarlar əhalinin 10 faizini təşkil edir. Geri dön |