Ana Sayfa > Xəbər > Bakıda "Malibu" barı "priton" kimi işləyir... Polis göz yumur
Bakıda "Malibu" barı "priton" kimi işləyir... Polis göz yumur9-03-2015, 15:07. Yazar: admin |
Məlum olduğu kimi bu gün əxlaq kontekstində ictimai müzakirəyə tez-yez çıxarılan mövzulardan biri də ölkə ərazisində müxtəlif adlar altında fəaliyyət göstərən priton və əxlaqsızlıq yuvaları mövzusudur. Dünyanın bir çox ölkələrində olduğu kimi bu gün Azərbaycanda da müxtəlif növ qeyri-qanuni fəaliyyətlə məşğul olan byektlərin tamamilə başqa adlar altında pərdələnməsi artıq adi hala çevrilmişdir. Bəzən bir çoxları fahişəlik mövzusunu araşdırmaqdan “mentalitetimizə yad xüsusiyyət” olması bəhanəsi ilə çəkinirlər. Halbuki, reallıq artıq həyəcan təbili çalmağın əsil vaxtı olduğunu göstərir. Əlbəttə ki, bu halın özü maddı rıfahın yüksəlməsini, istirahət və əyləncə məkanlarına maraq və tələbatın artdığını vurğulayan göstərici kimi qiymətləndirilməlidir. Son zamanlar isə ölkəmizin həm də sevilən turizm mərkəzlərindən birinə çevrilməsi fonunda, beynəlxalq standartlara cavab verən kafe və restoranlar şəbəkəsinin inkişaf etdirilməsi həm də iqtisadi baxımdan zəruridir. Lakin biz hər dəfə belə bir həqiqəti də diqqət mərkəzinə çəkmişik ki, prosesin müvafiq instansiyaların ciddi nəzarəti altında deyil, kortəbii şəkildə həyata keçməsi halları çox zaman ciddi ictimai fəsadlara yol açır. Acınacaqlı haldır ki, məhz son illər ərzində həm paytaxtda, həm də bölgələrimizdə müxtəlif yeni pritonların yaranmasında xüsusi dinamika müşahidə olunur. Məlumdur ki, əsrlər boyunca istənilən ictimai-siyasi quruluşda “ən qədim peşə” sahiblərinin xidmətlərinə tələbat daima olub və bundan sonra da bu sahədə qarşılıqlı münasibətlərin hansısa dəyişikliklərə məruz qalacağı ehtimalı çox azdır. Lakin istənilən halda fahişəliyi şaxələnmiş biznes fəaliyyəti kimi təşkilatlandıran və bu məqsədlərlə təcrübəsiz gənc qızları belə əxlaqsızlığa sövq etməkdən çəkinməyən insanlara qarşı mübarizə bütün sivil cəmiyyətlərdə qətiyyətlə aparılır. Bu problem bizim də hər zaman diqqət mərkəzində saxlamağa çalışdığımız mövzulardandır. Redaksiyamıza yeni daxil olmuş növbəti məlumatda isə bu kimi əxlaqsızlıq yuvalarından birinin də paytaxtın Nəsimi rayonu ərazisində, metronun “28 May” stansiyasının yaxınlığında yerləşən “Malibu” barının olduğu bildirilir. Mənbə göstərir ki, bu məkan, digər analoji pritonlardan ilk növbədə qiymət bahalığı ilə fərqlənir. Bütün digər məqamlarda isə... Yenə də fahişəliyin təbliği, yenə də mənəviyyatsızlığa sövq edilən gənclərimiz. Məlumatda bildirilir ki, bu obyekti şəxslərin iş üsullarında əsas diqqəti cəlb edən məqam, onların həyasızlığı və aidiyyatı olan dövlət qurumlarına qarşı sərgilədikləri saymazlıqdır. Başa düşmək olmur ki, hansı səbəblər ünvanı dəqiq məlum olan, fəaliyyət növü isə heç bir şübhə doğurmayan bu əxlaqsızlıq yuvasının bir dəfəlik bağlanması üçün qəti tədbirlərin görülməsinə mane ola bilər. İstər-istəməz Nəsimi RPİ-nin ərazisində yerləşən bu pritona hüquq-mühafizə orqanlarında kimlərinsə havadarlıq etməsinə dair şübhələr yaranır. Əks halda isə hüquq-mühafizə orqanları bu pritonun bağlanması üçün artıq çoxdan lazımi ölçülər götürə bilərdilər. Geri dön |