Ana Sayfa > Xəbər > Harri Kasparov korrupsiyada ittiham edilir
Harri Kasparov korrupsiyada ittiham edilir8-09-2015, 15:06. Yazar: admin |
Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov və Beynəlxalq Şahmat Federasiyasının (FİDE) keçmiş baş katibi İqnatius Leonq bu təşkilatın əxlaq kodeksini pozmaqda ittiham olunurlar. Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə FİDE-nin yaydığı məlumatda bildirilir. Məlumata görə, bu qərar FİDE-nin Əbu-Dabidə keçirilən konqresində qəbul olunub. Etika komissiyası yaxın vaxtlarda Kasparovu və Leonqu FİDE-nin rəsmi tədbirlərinə qatılmaq hüququndan məhrum edə, həmçinin onları cərimələyə bilər. Komissiya Kasparovla Leonqu FİDE-nin nizamnaməsinin 2.1-ci bəndini pozmaqda günahlandırır. Xəbərdə deyilir ki, ötən il FİDE prezidentliyinə keçirilən seçkilər zamanı bu posta iddia edən Kasparov və o zamankı baş katib İ.Leonq öz aralarında saziş imzalayıblar. Müqaviləyə görə, Kasparov Leonqa 500 min dollar ödəyib. Leonq bu pulun müqabilində Sinqapur təmsilçilərinin seçkidə Kasparova səs verməsini təmin etməli imiş. Bütövlükdə İ.Leonq seçkidə H.Kasparova Asiya regionu üzrə 10+1 səs təmin etmək öhdəliyi götürübmüş. Nəticə isə fərqli olub. Kasparov seçkiləri uduzub. FİDE prezidenti Kirsan İlyumjanov bu posta təzədən seçilib. Geri dön |