Ana Sayfa > Xəbər > Elşad Miri Nəriman Qasımoğluna CAVAB VERDİ
Elşad Miri Nəriman Qasımoğluna CAVAB VERDİ8-09-2015, 13:39. Yazar: admin |
“Əslində Qurani-Kərimdə hicab sözü baş örtüyü mənasında keçmir. Nəriman Qasımoğlu bu cəhəddən düz deyir. Amma Müqəddəs kitabda hicabın olması ilə bağlı konkret ayələr var.” Hafta.az-ın verdiyi xəbərə görə, bu sözləri ilahiyyatçı Nəriman Qasımoğlunun “Quranda hicab yoxdur” fikirlərinə münasibət bildirən Elşad Miri deyib. İlahiyyatçı ekspertin sözlərinə görə, Quranda xamır sözü keçir, bu söz də bizim dildə baş örtüsü anlamını daşımır: “Mən sizə bir misal deyim, corab deyiləndə deyilməlidir ki, ayağa geynilən corab? Təbii ki, yox. Corab deyiləndə hamı bilir söhbətin nədən getdiyini. Baş örtüyü təkcə İslama aid deyil, bütün səmavi dinlərdə belə bir qayda mövcuddur. Quranda keçən xamır sözü bizim dilimizdə baş örtüyü anlamını daşımırsa, bu o demək deyil ki, müqəddəs kitabda belə bir qanun yoxdur. Xamır geniş anlamı əhatə edən örtüdür.” Elşad Miri ölkəmizə səfər edən iranlı din xadimi Ayətullah Nuri Həmədaninin “Cənnət əhli fars dilində danışacaq” fikirlərinə də münasibət bildirib: “Ərəblər də deyir cənnətdə ərəb dilində danışılacaq, bunlar hamısı gülünc məsələlərdir. Cəlil Məmmədquluzadənin “Anamın Kitabı” əsərində bu kimi mövzulara illər öncə cavab verilib. Əsas odur cənnətə düşəsən, orada artıq görəcəksən hansı dildə danışırsan. Cənnətə düşmək üçün xüsusi kurslara gedib dil öyrənməyə ehtiyac yoxdur.” Geri dön |