Ana Sayfa > Xəbər > İran Yəmənlə dialoqa çağırır

İran Yəmənlə dialoqa çağırır


1-04-2015, 12:11. Yazar: admin
İran Yəmənlə dialoqa çağırır
İran Səudiyyə Ərəbistanın Yəməndə huti silahlılarına qarşı hərbi əməliyyatını “dərhal dayandırmağa” çağırıb və xəbərdarlıq edib ki, bu “hücum” bütün regiona təhlükə yaradır.

İran xarici işlər nazirinin müavini Hossein-Amir Abdollahian martın 31-də Küveytdə danışıb, deyib ki, İranla Səudiyyə Ərəbistanı Yəmən böhranının həlli üçün əməkdaşlıq edə bilər.

Bu arada İran dövlət televiziyası martın 31-də bildirib ki, İran Yəmənə qeyri-hərbi yardım göndərib. Səudiyyə ötən həftə hutilərə hava zərbələrinə başlayandan, bu, ilk yardımdır.

Səudiyyənin xarici işlər naziri Şahzadə Saud al-Faisal isə İranın Yəməndə “sabitsizlik” yaratmağa çalışan huti silahlılarına “dəstəyini” pisləyib.

Altıncı gündür Səudiyyənin rəhbərlik etdiyi koalisiya Yəmənə zərbələr endirir. Yəmən-Səudiyyə sərhədi boyunca artilleriya və raket atışması gedir.

Geri dön