Ana Sayfa > Xəbər > Keçmiş döyüşçü deputatlığa namizəd olacağını bəyan etdi

Keçmiş döyüşçü deputatlığa namizəd olacağını bəyan etdi


8-09-2015, 10:26. Yazar: admin
Keçmiş döyüşçü deputatlığa namizəd olacağını bəyan etdi
Qarabağ müharibəsinin daha bir iştirakçısı noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.
Modern.az saytı xəbər verir ki, keçmiş döyüşçü Vaqif Əlisoy 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsındən deöutatlığa namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan edib.

V.Əlisoy sözügedən dairədə yaşayan əhaliyə müraciətində onun üçün millətin və dövlətn taleyi çox önəmlidir. Yerlərdən gələn təklıfləri nəzərə alıb, builki seçkilərə qatilmaq niyyətində olduğunu qeyd edən V.Əlisoyun sözlərinə görə, əgər seçki prosesinin gedişındə qeyri-demokratikliyə zəmın yaradılsa, daha layiqli bir namızəd olarsa, iddiasından geri çəkilıb secıcilərə müraciət edəcək.

“Mən namizədliyimi 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsındən vermək niyyətindəyəm. Azərbaycanın hər bir guşəsı mənim üçün əzızdir. Amma hər iki rayon mənə daha əzızdir. Belə ki atam cəbrayıllı, anam qubadlıdandır. Məni tanıyan və tanımayan dostlar üçün həyat yolum haqda qısa məlumat vermək istəyirəm.

Mən Əliyev (Əlisoy) Vaqif Adışırın oğlu 1.10.1954- cü ildə Qubadılı rayonunun Qubadlı qəsəbəsində anadan olmuşam. 1955- də Cəbrayıl rayonuna köçmüşük. 1972- ci ildə Cəbrayılda M.Qorki adına orta məktəbi, 1976- cı ildə indiki ADPU- nin filologiya fakültəsini fərqlənmə ilə bitirmişəm. 1973 - dən Azərbaycanın azadlıq və müstəqilliyi uğrunda mübarizə aparan gizli tələbə dərnəyində fəaliyyət göstərmişəm. Rəhmətlik Elçıbəylə də həmin illərdə tanış olmusam. 1976- 1979-cu illərdə təyinatla Kəlbəcər rayonunun Qaraxançallı kəndində müəllim işləmişəm..1979- 1989- cu illərdə Cəbrayılın Hovuslu kənd orta məktəbində müəllim kimi fəaliyyət göstərmişəm. Bu illər ərzində yüzlərlə vətən və millət üçün dəyərli insanlar yetişdirmişəm və onlar arasında cəmiyyətdə kifayət qədər taninan məşhur şəxslər var .1989- dan Cəbrayil rayon Təhsil Şöbəsində metodist kimi çalışdim.1988- dən Azərbaycan torpaqlarına erməni təcavüzu başlayanda Cəbrayılın qeyrətli oğullari və polisləri ilə birlikdə mübarizəyə qoşuldum. Silahlı dəstə yaradaraq Hadrut rayonu ilə həmsərhəd kəndlərimizi qorumağa başladıq. 1989 - cu ildə AXC yarananda təşkilatın Cəbrayıl rayon şöbəsinə sədr və AXC Ali məclisinə üzv seçılməklə müstəqillik üğrunda mübarizəyə qoşuldum. 20 yanvar 1990-cı ildə iki nəfər AXC üzvü ilə birgə həbs edilərək Tbilisidə məşhur Metex həbsxanasında, Novoçerkask, Rostov və Şaxta səhərlərində olmazın mənəvi və fiziki işgəncələrə məruz qaldım. Cəbrayil camaatının və qeyrətli Azərbaycan ziyalılarının səyi ilə həbsdən azad edilərək, vətənə qayıtdım və uzun müddət ev dustağı kimi yaşadım. Azərbaycan müstəqillik qazanandan sonra yaratdığımız silahla dəstə (cəmi 35 nəfər ilk olaraq) 704 saylı özünümüdafiə batalyonuna, daha sonra 896 saylı h/h çevrildi. Hər ikisinin yaradılmasında yaxından iştirak etsəm də, komandanlıqda təmsil olunmaqdan imtina edərək Əfqanıstanda döyüş yolu keçmış zabitləri rəhbərlıyə dəvət etdik. Sıravi bir döyüşçü kimi Qarabagın bütün bölgələrində döyüşdüm. Silah əldə etmək üçün sovet hərbi hissələrinə basqınlarda iştirak etdim. 1991-də Hadrutun 15 kəndinin ermənilərdən təmizlənmısi əməliyyatında iştirak etmişəm. Bu kəndlər işğala qədər bizdə olub. 1993-ün oktyabrına qədər Cəbrayıl ərazısındə məhz mənım tərəfımdən yüzlərlə şəhid və girov ermənilərdən alınaraq doğmalarına qaytarılıb. Cəbrayılda qəhrəmanlıqla döyüşərək səhid olan 5 nəfərin Milli Qəhraman adina layiq görülməsı mənim təşəbbüsümlə olub. Bu illər ərzındə ən yüksək vəzıfələrdən və mükafatlardan imtina etmişəm.
İşğaldan sonra Suraxanıda- Hovsan qəsəbəsində məskunlaşmışam və sevimli peşəmlə, müəllimliklə 281 saylı məktəbdə məşğul oluram.Məqsədım dövlətimiz üçün qeyrətli gənclər yetişdirməkdir. 1994- də AXC-nın partiyaya çevrilməsinə və hakimiyyədə olduğu müddətdə buraxdəğı müəyyən səhvlərə etiraz əlaməti olaraq sakitcə istefa vermişəm. Hazırda heç bir partiyanın üzvü deyiləm.

Millətim, xalqım və dövlətım qarşısında üzüm ağ, başım ucadır. Elə bir hərəkət etmədım ki, mənim yaxınlarım xəcalət çəksın. 1 oğlum, 2 qizım, 5 nəvəm var.

Məni tanıyanlardan namizədliklərini irəli sürən hər kəsə hörmət və etiramla yanaşmağı xahiş edirəm və əgər namızəd olaramsa, özüm də bu yolu tutacağam. Sizlərin hər bir fikrinizə hörmətlə yanaşacağıma söz verirəm. Qərarım sizdən asılıdir. Sizə güvənirəm”.

Geri dön