Ana Sayfa > Xəbər > Azərbaycanda Koreya Respublikasının Hərbi Attaşelik aparatı təsis edilib

Azərbaycanda Koreya Respublikasının Hərbi Attaşelik aparatı təsis edilib


7-09-2015, 18:27. Yazar: admin
Azərbaycanda Koreya Respublikasının Hərbi Attaşelik aparatı təsis edilib
Koreya Respublikası Silahlı Qüvvələrinin Hərbi Attaşelik aparatının ölkəmizdə təsis edilməsi münasibətilə sentyabrın 7-də iki dövlətin müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüş zamanı regional təhlükəsizlik məsələləri, müdafiə sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri, xüsusilə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Geri dön