Ana Sayfa > Xəbər > "Facebooka saxta profillər ənənəsini Əli Kərimli gətirib" - Şirvani Qasımov

"Facebooka saxta profillər ənənəsini Əli Kərimli gətirib" - Şirvani Qasımov


7-09-2015, 17:56. Yazar: admin
"Facebooka saxta profillər ənənəsini Əli Kərimli gətirib" - Şirvani Qasımov
Mən 1991-ci ildən AXC-nin, 1995-ci ildən də AXCP-nin üzvüyəm. Partiyada siyasi fəaliyyətimi AXCP-nin Nərimanov şöbəsində davam etdirmişəm. Son bəyanatıma qədər AXCP-nin Nərimanov rayon şöbəsində sədr müavini vəzifəsində fəaliyyət göstərmişəm".

Bu sözləri Avropa.info-ya açıqlamasında AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin Nərimanov şöbəsinin sədri Şirvani Qasımov deyib.

Ş.Qasımov bildirib ki, partiyada etiraz etdiyi məqam AXCP sədri Əli Kərimlinin yürütdüyü siyasət olub: "Davam edən son siyası proseslərdən və partiya sədri Əli Kərimlinin səhv siyasətinə görə onun partiya sədrliyindən getməsi üçün bəyanat verib və fəaliyyətimi Razi Nurullayevlə birgə fəaliyyətimi davam etdirməyə qərar vermişəm.

AXCP Etimad Qurultayının Nərimanov rayonunda bu ilin sentyabrın 5-də keçirilən konfransında AXCP EQ-nın Nərimanov rayonu üzrə sədri seçilmişəm.
Onu da əlavə etmək istəyirəm partiyanın Nərimanov rayon şöbəsinin üzvləri bütövlükdə Razi Nurullayevin atdığı addımı dəstəkləyib və onun tərəfinə keçiblər.


Mən də bütün bu illər ərzində Əli Kərimlinin apardığı yanlış siyasəti və xalqa heç bir dəyər vermədiyini gördüm. Tanıdığım illər ərzində bu insan xalqın və dövlətin mənafelərini deyil, təkcə öz mənafelərini güdüb, partiyanı əlində saxlamaq üçün istənilən yola əl atıb.
Ə. Kərimli sədr keçildiyi 2001-ci ildən bu yana demək olar ki, partiya sıralarında heç bir müsbət irəliləyiş olmayıb. Bunun əksinə partiya sıralarında olan bir çox ağıllı və savadlı kadrlar partiyadan ya könüllü olaraq uzaqlaşıb, ya da Ə. Kərimli və ona yaxın şəxslər tərəfindən partiyadan çıxarılıb".

Ş.Qasımov deyib ki, siyasi fəaliyyətdə bütün imkanları tükənmiş Əli Kərimli sosial şəbəkələrdə əxlaqı aşınmış şəxslər vasitəsilə çirkin kampaniyaya rəhbərlik edir: "Facebookda hətta ən kiçik tənqidə dözməyən Ə.Kərimli onu tənqid edənləri mənəviyyatdan uzaq metodlarla təhqir etdirir, aşağılayır. Bunun nəticəsidir ki, onun yanında özünə hörmət edən adamlardan kimsə qalmayıb. Partiyanın irəliləməsi və inkişafı üçün heç bir iş görməyən və adda sədr olan Ə. Kərimlinin işi sosial şəbəkələrdə saxta profillər açaraq insanlara şər və böhtanla qara yaxmaq olub. Facebooka saxta profillər ənənəsini Əli Kərimli gətirib.
Onun partiyaya gətirdiyi ənənəyə uyğun olaraq partiyadan istefa verən və ya bütün olub-bitənləri tənqid edən şəxslər daim təqibə məruz qalıb, satqın və xain adlandırılaraq sosial şəbəkələrdə onların əleyhinə qara piar kampaniyası aparılmışdır.

Çox əminliklə deyə bilərəm ki, bu insanın ətrafında onun haqqında bir kəlmə mübət fikir söyləyə biləcək heç bir kəs yoxdur.
Çünki partiyada olduğu illər ərzində bu insan şəxsi mənafelərini güdərək və nəfsinə məğlub olaraq hamıya “atıb”.

Partiya daxilində özünə monarxiya quran Ə. Kərimlinin artıq partiyanı siyasi bir mübarizə metodu deyil şəxsi obyekti kimi istifadə etdiyini gördüm və buna səssiz qala bilmədim.
Bütün AXCP gənclərini Razi Nurullayevin ətrafında birləşməyə və onu dəstəkləməyə çağırıram. Çünki haqq və ədalətin onunla olduğuna inanıram.”.

Geri dön