Ana Sayfa > Xəbər > “Cəbhədəki gərginlik 2015-cü ilin sonuna kimi davam edə bilər” - Aleksandr İsgəndəryan

“Cəbhədəki gərginlik 2015-cü ilin sonuna kimi davam edə bilər” - Aleksandr İsgəndəryan


7-09-2015, 17:29. Yazar: admin
“Cəbhədəki gərginlik 2015-cü ilin sonuna kimi davam edə bilər” - Aleksandr İsgəndəryan
“Cəbhədəki gərginlik 2015-cü ilin sonuna kimi davam edə bilər”.

Hafta.az-ın aravot.am-a istinadən verdiyi xəbərə görə bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib. İsgəndəryan bildirib ki, son günlər cəbhədə ermənilərin təxribatlarına Azərbaycanın daha sərt cavab verməsi mövcud status-kvo ilə bağlıdır:

“Azərbaycan bununla Qərbə və Kremlə öz mesajlarını vermək niyyətindədir. Ermənistan bu vəziyyətdə köhnə taktikasını davam etdirir. Bakı isə cəbhədə metodları dəyişib. İndi Ermənistanda iki-üç il əvvəlki müharibə əhval-ruhiyyəsinin üstünə sanki su səpilib. Texniki cəhətdən də Azərbaycan tərəfinin qarşısını almaq çox çətindir. Onlar atəş açdıqları silahın çapını da get gedə böyüdür. Bu isə onların əsgərlərində əlavə ruh yüksəkliyi yaradır. Bizdə isə bunun əksi baş verir".

Geri dön