Ana Sayfa > Xəbər > Cəmil Həsənli deputatlığa namizəd olmayacağını açıqlayıb

Cəmil Həsənli deputatlığa namizəd olmayacağını açıqlayıb


7-09-2015, 17:07. Yazar: admin
Cəmil Həsənli deputatlığa namizəd olmayacağını açıqlayıb
“Milli Şura Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı qərarını bu həftə açıqlayacaq”.

Bunu APA-ya açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib.

C. Həsənli seçkidə iştrak etməmə ehtimalının da mümkünlüyünü bildirib: “Hər halda mən bu seçkilərdə iştirak etməyəcəyəm. Mənimlə bağlı məsələ aydındır. Milli Şuranın seçki ilə bağlı qərarı isə bu həftə məlum olacaq”.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

Geri dön