Ana Sayfa > Xəbər > ABŞ niyə Azərbaycana dəstək vermir?

ABŞ niyə Azərbaycana dəstək vermir?


1-04-2015, 11:49. Yazar: admin
ABŞ niyə Azərbaycana dəstək vermir?
“Yeni İpək Yolu” layihəsinin reallaşdırılması üçün ABŞ və Qərb dövlətlərinin Azərbaycana siyasi və kommersiya dəstəyi hiss olunmur.

ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

O, Amerikanın Səsinə müsahibəsində bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu inşa olunmağa başlayanda da Azərbaycan kifayət qədər maliyyə imkanları olmasına baxmayaraq, ABŞ-ın dəstəyini istəmişdi və o dəstək cüzi də olsa siyasi xarakter daşıyırdı. Ancaq təəssüf olsun ki, biz o dəstəyi görmədik. ABŞ bunun maliyyə və siyasi yükünü təkbaşına Azərbaycanın çiyninə qoyub.

Politoloq “Yeni İpək Yolu” layihəsinin reallaşdırılmasında Azərbaycanın roluna da toxunub və bildirib ki, bu layihə Azərbaycansız qeyri-mümkündür. Azərbaycan öz hissəsini təkbaşına reallaşdırır.

R.Musabəyov "ABŞ və Qərb ölkələri Rusiya təbliğatını neytrallaşdırmaq üçün nə etməlidir" sualına cavabında deyib ki, ikitərəfli dialoqlar aparılmalıdır. Azərbaycan düşünür ki, bu layihələrin siyasi konteksdən və böyük güclərin rəqabətindən kənarda qoymaq faydalıdır. Əslində, Mərkəzi Asiya ölkələrinin Avropaya çıxış əldə etməsi tam zəruridir və tam məntiqlidir. Ancaq o layihələri ABŞ-Rusiya və ya ABŞ-Çin arasında mübarizə predmetinə çevirmək layihələrə dəstək yox, əlavə risklər gətirir.

Onun sözlərinə görə, Azərbaycan daha çox öz strategiyasını formalaşdıranda ikitərəfli əlaqələrə üstünlük verir. Yəni Azərbaycan Qazaxıstanla, Özbəkistanla, Türkmənistanla, Gürcüstanla, Türkiyə ilə, eyni zamanda bütün layihələrini ikitərəfli münasibətlərini möhkəmləndirməklə gerçəkləşdirməyə çalışır.

Geri dön