Ana Sayfa > Xəbər > Bank sədri maaşını qaçqınlara verəcək
Bank sədri maaşını qaçqınlara verəcək7-09-2015, 16:15. Yazar: admin |
Finlandiya Bankının sədri Erkki Liikanen öz aylıq əmək haqqını miqrantlara verəcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bank sədri Qırmızı Xaç Cəmiyyətinin aksiyası çərçivəsində bu addımı atacaq: “Mən Qırmızı Xaç Cəmiyyətinin aksiyasına qoşuluram və aylıq əmək haqqımı – 10 min avronu təşkilatın hesdabına köçürürəm. Mən bilirəm ki, bu vəsait daha çox ehtiyacı olan insanlara çatacaq” . Erkki Liikanen 2004-cü ildən Avropa Mərkəzi Bankının idarəedici şurasının üzvüdür. Bundan qabaq, Finlandiya baş naziri Yuha Sipilya paytaxt Helsinkidə yaşayacağı üçün gələn ilin əvvəllərindən Kempele şəhərindəki evini miqrantlara verə biləcəyini söyləyib. Geri dön |