Ana Sayfa > Xəbər > "Poroşenkonun prezident seçilməsi Ukrayna inqilabının ən böyük səhvidir"

"Poroşenkonun prezident seçilməsi Ukrayna inqilabının ən böyük səhvidir"


7-09-2015, 13:29. Yazar: admin
"Poroşenkonun prezident seçilməsi Ukrayna inqilabının ən böyük səhvidir"
Ukrayna “Radikal partiyası”nın sədri Oleq Lyaşko bəyan edib ki, prezident Pyotr Poroşenko üzündən ölkə məhv olma təhlükəsi ilə üz-üzədir.

Avropa.info xəbər verir ki, Lyaşko Poroşenkonun ökədə baş oliqarx olduğunu və korrupsiya sisteminə başçılıq etdiyini bildirib. Ona görə, hakimiyyət onun şəxsi maraqlarına xidmət edir. Bu səbəbdən partiyası parlament koalisiyasından çıxıb.

Lyaşko Poroşenkonun prezident seçilməsini Ukrayna inqilabının ən böyük səhvi adlandırıb:

“Poroşenko üçün əsas şey biznes və puldur, Ukraynanın milli maraqları yox. “Radikal partiya” onun apardığı fəlakəti xalqla birgə dayandırmaq üçün hakimiyyətə qarşı müxalifətə keçdi”

O, Donbasa xüsusi status verilməsi haqda konstitusiyaya edilən dəyişikliyi Ukraynanın suverenliyinə zərbə sayıb.

Geri dön