Ana Sayfa > Xəbər > Pegasus Bakıya uçuşu niyə dayandırdırdı? - Açıqlama
Pegasus Bakıya uçuşu niyə dayandırdırdı? - Açıqlama1-04-2015, 11:27. Yazar: admin |
“Pegasus şirkəti ilə AZAL-ın müqaviləsi martın sonuna qədər olub”. Bu sözləri Axar.az-a açıqlamasında AZAL QSC-nin Mətbuat Xidmətinin rəhbəri Məhərrəm Səfərli Pegasus hava yolları şirkətinin Bakıya uçuşları dayandırması barədə məlumatı şərh edərkən söyləyib. O, Pegasus şirkətinin Bakıya heç vaxt uçuşlar təşkil etmədiyini bildirib: “Pegasus heç vaxt Azərbaycan Respublikası və Heydər Əliyev Beynəlxalq Hava limanına uçmayıb. O, uçmadığı halda Azərbaycandan necə gedə bilər? “Codeshare” müqaviləsinə əsasən, AZAL-la birgə bilet satışı olub. Bu satış isə martın sonuna qədər davam edib”. Bundan əlavə, artıq Pegasus şirkətinin rəsmi saytında da Bakı şəhəri ediləcək uçuşlar sırasından çıxarılıb. Qeyd edək ki, dünən “Milli.az” saytı Pegasus şirkətinin Azərbaycana uçuşları dayandırdığı haqqında informasiya yaymışdı. Geri dön |