Ana Sayfa > Xəbər > `Biz bu təhlükədən qorxmuruq` - Azərbaycanlı milyarder

`Biz bu təhlükədən qorxmuruq` - Azərbaycanlı milyarder


7-09-2015, 11:58. Yazar: admin
`Biz bu təhlükədən qorxmuruq` - Azərbaycanlı milyarder
“Lukoyl” şirkəti neftin qiymətinin indikindən də aşağı səviyyədə olacağı təqdirdə əminliklə faəliyyət göstərmək qabiliyyətindədir.

AzVision.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri, azərbaycanlı milyarder Vahid Ələkbərov Rusiyanın “Vedomosti” qəzetinə müsahibəsində bildirib.

Ələkbərovun sözlərinə görə, vergi sistemi neft qiymətinin kəskin şəkildə aşağı düşməsi zamanı belə şirkətə özünü kifayət qədər rahat hiss etməyə imkan verir.

“Bizim üçün ən kritik hədd bir barelə görə 24 ABŞ dollarıdır. Bu, bizə analitiklərin bir barelə görə 30 dollardan aşağı qiymət proqnozundan irəli gələrək öz investisiyalarımızı proqnozlaşdırmağa imkan verə bilər”, - deyə azərbaycanlı milyarder vurğulayıb.

Ələkbərovun sözlərinə görə, şirkət daima stress-testlər keçirir. Hazırda biz aktiv şəkildə 2016-2018-ci illər üzrə ortamüddətli proqramımızı və gələcək on illər üzrə proqramımızın bəzi parametrlərini müzakirə edirik. Biz bundan imtina etmirik”, - deyə Ələkbərov bildirib.

Ələkbərov həmçinin qeyd edib ki, şirkət Rusiyada neft hasilatını artırmaq niyyətində deyil.

Geri dön