Ana Sayfa > Xəbər > Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı7-09-2015, 11:14. Yazar: admin |
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. ANS PRESS-in məlumatına görə Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 45,69 dollar təşkil edib. Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar azalaraq 49 dollar 17 sent olub. Ucuzlaşma Azərbaycan neftinin qiymətində də qeydə alınıb. London birjasında “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,75 dollar ucuzlaşaraq 50,89 dollar təşkil edib. Geri dön |