Ana Sayfa > Xəbər > “Çingiz Abdullayev “Neftçi”ni dedektiv janrında oynatsa...” - Millət VƏKİLİ
“Çingiz Abdullayev “Neftçi”ni dedektiv janrında oynatsa...” - Millət VƏKİLİ1-04-2015, 11:02. Yazar: admin |
“Çingiz Abdullayev "Neftçi" futbol klubunun rəhbəri seçilib. Maraqlı bir seçimdir. "Neftçi" indiyə qədər hansı janrda oynayırdı, açığı anlamaq mümkün deyildi”. Hafta.az-ın məlumatına görə, bu fikri millət vəkili Fazil Mustafa yazıçı Çingiz Abdullayevin “Neftçi”nin Müşahidə Şurasının rəhbəri vəzifəsinə təyin olunmasına münasibət bildirərkən söyləyib. Fazil Mustafa: “Nə roman kimi roman, nə nağıl kimi nağıl janrında oynayırdılar. Daha çox faciə janrına uyğun gəlirdi. İndi müsbət tərəfi budur ki, bu komandanın oyun janrı artıq bəlli olacaq. Çingiz bəy komandanı dedektiv janrında oynatsa, o zaman xeyli sürprizlərə hazır olmalıyıq. Çünki ədəbiyyatda ancaq dedektiv janrı ilə dünyaya çıxa bildiyimiz kimi, futbulda da bu janrda nə isə edə bilərik. Bütün hallarda savadlı və dünyagörmüş adamların kənar sahələrdən olsa belə, bu postlara gətirilməsinin məncə faydası ola bilər. Çingiz Abdullayevə uğurlar arzulayıram”, - deyə fikrini tamamlayıb. Geri dön |