Ana Sayfa > Xəbər > "Azərbaycanda hər an İŞİD təhlükəsi ola bilər" - Mahmud Hacıyev

"Azərbaycanda hər an İŞİD təhlükəsi ola bilər" - Mahmud Hacıyev


3-09-2015, 16:02. Yazar: admin
"Azərbaycanda hər an İŞİD təhlükəsi ola bilər" - Mahmud Hacıyev
Ötən gün Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İŞİD-lə əlaqəli radikal dini qruplaşma tərəfdarları zərərsizləşdirilib. Həmin şəxslər qanunsuz silahlı birləşmələr və ya qruplar yaratmaqda, partlayış, yanğın törətməkdə, dini düşmənçilik yaymaqda təqsirli biliniblər. Bir neçə ay bundan əvvəl də MTN-in keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bir qrup radikal şəxslər tutulub istintaqa təhvil verilmişdi. Görünür, bitib-tükənmək bilməyən terrorçular hadisələr törətməkdə hələ də maraqlıdırlar. Bəs, görəsən radikal dini qruplaşmalarının Azərbaycan üçün təhlükəsi gözlənilirmi?

Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev bildirib ki, heç bir ölkə terror aktından sığortalanmayıb. Buna görə də, hər an Azərbaycanda İŞİD təhlükəsi ola bilər: “İŞİD ölkədə teraktlar törədən, iğtişaşlar yaradan radikal dini qurumdur. Dnüyanın ən sivil ölkəsindən tutmuş Azərbayacana kimi heç bir ölkə terror aktından sığortalanmayıb. Amerika kimi hegemon ölkədə görün nə qədər teraktlar olur. Fransa kimi sivil bir ölkədə son bir ildə baş verən terror aktları pik həddə çatıb. Buna görə, bütün ölkələr kimi Azərbaycan da onların terror aktından sığortalanmayıb. Bu hadisələrin qarşısını almaq üçün də hüquq-mühafizə orqanları mövcuddur. İnanıram ki, Azərbaycan hüquq-mühafizə orqanları İŞİD kimi radikal terror qruplaşmasına qarşı qabaqlayıcı tədbirlər görürlər. Əgər MTN əməliyyat keçirib, bu qruplaşmalara qarşı tədbirlər görürsə, deməli, qabaqlayıcı tədbirlər görülür”.

Ekpert hesab edir ki, ölkədə radikal dini qruplaşmalarının qarşısını almaq üçün hüquq-mühafizə orqanları ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) də tədbirlər görməlidir: “Azərbaycan müsəlman ölkəsidir. Buna görə də, radikal dini qruplaşmaların daha geniş yayılma ehtimalı var. Avropa ölkələrində də radikal dini qruplar terror aktları törədirlər. Bu səbəbdən, hər bir terror aktı gözləniləndir. Azərbaycanda da İŞİD təhlükəsi var. İnsan mürəkkəb xarakterli məxluqdur. İnsanların hamısına başa salmaq olmur ki, İslam dininə olduğu kimi qulluq eləsin. DQİDK və QMİ bu istiqamətdə addımlar atmalıdır. Azərbaycanda, sadəcə, dini maarifləndirmə güclü deyil. Buna görə, dövlət qurumları Azərbaycanda maarifləndirici təşviqat kompaniyası yaratmalıdır”.

Ekpert M.Hacıyev deyir ki, insanları İŞİD təfəkküründən uzaqlaşdırmaq üçün maarifləndirci kompaniyalara başlamaq lazımdır. Onun sözlərinə görə, radikal dini qruplaşmalara qarşı maarifləndirici təbliğat kompaniyalarına orta məktəblərdən başlanılsa yaxşı olar: “Hesab edirəm ki, orta məktəblərdə 7-ci sinifdən sonra bu cür maarifləndirici kompaniyalara start vermək lazımdır. Bundan əlavə, KİV-qəzet, sayt, televiziya və radio vasitəsilə maarifləndirici kompaniyalar həyata keçirmək olar”.

Geri dön