Ana Sayfa > Xəbər > Döyüldüyü üçün polisə şikayət edəni bölmədə də döydülər

Döyüldüyü üçün polisə şikayət edəni bölmədə də döydülər


3-09-2015, 15:21. Yazar: admin
Döyüldüyü üçün polisə şikayət edəni bölmədə də döydülər
1982-ci il təvəllüdlü Niyaz Həsənov Bakıda ata və oğul tərəfindən döyülüb.

Musavat.com-un əldə etdiyi məlumata görə, onu döyənlər Bakı şəhər sakinləri-1967-ci il təvəllüdlü Zakir Xəlilov və oğlu, 1990-cı il təvəllüdlü Elnur Xəlilov olub.

Hadisə Xətayi rayonu, M.Rüstəmov küçəsində baş verib. Niyaz Həsənov hadisə barədə 34-cü Polis Bölməsinə məlumat verib və hər iki şəxsdən şikayətçi olub. Bölməyə dəvət edilən ata və oğul burada da dava salıb.

Zakir Xəlilov Polis Bölməsinin həyətində Niyaz Həsənovu təkrar döyüb.

Faktla bağlı araşdırma aparılır.

Geri dön