Ana Sayfa > Xəbər > “KİA”nı zorla əlindən aldılar - BAKIDA

“KİA”nı zorla əlindən aldılar - BAKIDA


3-09-2015, 13:22. Yazar: admin
“KİA”nı zorla əlindən aldılar - BAKIDA
Bakıda quldurluq etmiş 2 nəfər polis tərəfindən saxlanılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də Əli Qəribova məxsus “KİA” markalı avtomobili quldurluq yolu ilə almış Bakı şəhər sakinləri Səbuhi Qarayev və Ramin Məmmədov tutulub.

Araşdırmalar davam etdirilir.

Geri dön