Ana Sayfa > Xəbər > “Gələn il sosial ayırmalarda ixtisarlar olmayacaq” – Vüqar Bayramov

“Gələn il sosial ayırmalarda ixtisarlar olmayacaq” – Vüqar Bayramov


3-09-2015, 11:51. Yazar: admin
“Gələn il sosial ayırmalarda ixtisarlar olmayacaq” – Vüqar Bayramov
“Gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiymətinin 50 dollar nəzərdə tutulması 2016-cı ildə kapital xərcləmələrinə qənaətin edilməsinə səbəb olacaq”.

Bunu Hafta.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. İqtisadçı alimin sözlərinə görə Maliyyə Nazirliyi infrastruktur xərcləmələrinə qənaət tətbiq etməklə eyni zamanda gəlirlər və xərclər arasındakı balansı qorumağa çalışır:

“Əldə etdiyimiz məlumata əsasən, infrastruktur xərclərinin azalmasına baxmayaraq sosial ayırmalarda hər hansı ixtisarlar olmayacaq. Gələn ilki büdcədən 2015-ci ildə nəzərdə tutulan sosial ayırmaların həcmini qoruyub saxlamaq mümkün olacaq”.

Vüqar Bayramov bildirib ki, digər tərəfdən, büdcə gəlirlərində qeyri-neft sektorunun payının 35 faiz olması və sosial ayırmaların da həcmdə paya malikliyi bu istiqamətə ayrılan vəsaiti neftin dünya bazar qiymətində sığortalayır:

“O baxımdan, növbəti ilin büdcəsindəki sosial ayırmalar təmin olunmuş xərc maddəsidir. Güman olunur ki, 2015-ci ilin növbəti aylarında da Maliyyə Nazirliyi sekvest tətbiq etməklə infrastruktur xərclərinə qənaət edəcək. Bütövlükdə, gələn il neftin qiymətinin bu il ilə müqayisədə 40 dollar aşağı götürülməsi qeyri-neft sektoruna diqqətin daha da artırılmasının gündəmə gətirib”.

Geri dön