Ana Sayfa > Xəbər > Daha bir bank "Azericard"a qoşuldu

Daha bir bank "Azericard"a qoşuldu


2-09-2015, 17:09. Yazar: admin
Daha bir bank "Azericard"a qoşuldu
“AzeriCard” prosessinq mərkəzi və “Ziraat Bank Azərbaycan” ASC arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə Trend “Azericard”ın saytına istinadən xəbər verir.

Həmin müqavilə çərçivəsində “Ziraat Bank Azərbaycan” ASC-yə “AzeriCard” tərəfindən prossesinq xidmətlərinin göstərilməsi planlaşdırılır. Tezliklə tərəflər bankın kart infrastrukturunun yaradılması istiqamətində aktiv işlər görməyə başlayacaqlar.

Qeyd edək ki, “AzeriCard” prosessinq sistemində xidmət olunan bankların sayı 34-ə çatıb.

Geri dön