Ana Sayfa > Xəbər > Məzahir Pənahovdan namizədlərə xəbərdarlıq

Məzahir Pənahovdan namizədlərə xəbərdarlıq


2-09-2015, 16:51. Yazar: admin
Məzahir Pənahovdan namizədlərə xəbərdarlıq
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində namizəd olacaq şəxslərə xəbərdarlıq edib.

Report-un məlumatına görə, M.Pənahov deyib ki, seçkidə iştirak edəcək siyasi partiya nümayəndələri, müstəqil şəxslər diqqətli olmalıdırlar, vaxtından əvvəl təbliğata başlamamalıdırlar:

“Bu hal baş verəcəksə, qanun pozuntusu sayılacaq. Belə addımlar atılmamalıdır. Qanunvericiliyə əməl olunmalıdır”.

O bildirib ki, bu seçkilərdə daha çox aktivlik gözlənilir: “Xeyli siyasi təşkilatın nümayəndəsinin, müstəqil şəxslərin seçkidə namizəd kimi iştirakı gözlənilir. Amma hələ ki, siyasi təşkilatlarda seçki ab-havası yoxdur".

Geri dön